Toyların keçirilməsinə nə vaxtdan icazə veriləcək?- TƏBİB-dən AÇIQLAMA
Tarix: 10-06-2020, 15:54



Xəbər verdiyimiz kimi xüsusi karantin rejimi iyulun 1-nə kimi uzadılıb. Dünən Operativ Qərargahın keçirdiyi brifinqdə toy və yas mərasimlərilə bağlı qadağanın hələdə qüvvədə qaldığı bildirilib. İyulun 1-dən sonra toyların və yasların keçirilməsinə icazə verilə bilərmi?
 
TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, bununla bağlı brifinqdə konkret cavab verildi: "Toy və yas mərasimlərinin keçirilməsi ilə bağlı qadağa hələ də qüvvədədir. Ümumiyyətlə, karantin qaydalarının yumşaldılması ilə bağlı qərarların verilməsi Operativ Qərargahın səlahiyyətindədir. Toyların və yasların keçirilməsi ilə bağlı hər hansı bir qərar olsa, ictimaiyyətə məlumat veriləcək".
sonxəbər

Paylaş: