Rusiyalı bloqer ögey oğlundan hamilə qaldı
Tarix: 10-06-2020, 15:45



Rusiyalı “Instagram” fenomeni Marina Balmaşeva ögey oğlundan hamilə qaldığını açıqlayıb.
Starhit.ru xəbər verir ki, Krasnodar diyarının sakini sosial şəbəkə istifadəçilərini təəccübləndirməkdə davam edir.
Daha əvvəl bloqer ögey oğluna görə 60 kq arıqladığını bildirmişdi.
İndi isə o, 20 yaşlı Vovadan uşaq gözlədiyini deyib:
“Gizlətməkdən bezmişəm. Bilirəm, müddət azdır, amma istəyirəm ki, hamınız biləsiniz. Bu həyatda hər şey mümkündür. Dördüncü ayımızdayıq”.
35 yaşlı Marina Balmaşeva 13 il birgə yaşadığı əri barədə həmişə qürurla danışıb. Bir neçə ay əvvəl 45 yaşlı Aleksey Şavırin arvadının oğlu ilə eşq macərası yaşadığından xəbər tutub. O hesab edir ki, arvadı oğlunu yoldan çıxarıb.
Şavırin qeyd edib ki, arvadını sevir, əgər yolunu kəsən oğlu olmasaydı, onu yenidən qazanmaq üçün mübarizə aparardı.






Paylaş: