Azərbaycanlı bəstəkarın mahnısı Türkiyə filmində
Tarix: 14-10-2017, 12:11


Türkiyədə fəaliyyət  göstərən azərbaycanlı bəstəkar Ruhin İsmayılov Türkiyənin böyük film şirkəti olan "Avşar" filmin çəkilişi əsasında "Rüzgar" filminə başladı.
 
 
UlduzumSan.Az-ın məlumatına  görə, əsas rollarda Halil Sezai, Belcim Bilgin, Ataberk Mutlu, Cezmi Baskın və "İçerde" serialının məşhur aktyoru Nebil Sayin iştirak edir. Filmin çəkilişləri bitmişdir, hal - hazırda musiqi üzərində çalışılır. Filmin musiqi haqqında danışan Ruhin çox  zövqlü  və fərqli bir işin ortaya çıxacağına inanmağını bildirir:
"İnanıram ki, çox zövqlü və fərqli bir  iş ortaya  çıxacaq. Həmçinin "Avşar" film şirkətinin rəhbəri Şükrü Avşara və baş prodüser Murat Cicek bəyə xüsusi təşəkkürümü bildirirəm".
 
Qeyd edək ki, 2018-ci ilin yanvar ayında kino salonlarına təqdim olunacaq film Azərbaycankino mərkəzlərində də nümayiş olunacaq.

Paylaş: