Məşhur jurnalist yazdığı tvitə görə həbs olundu
Tarix: 5-06-2020, 13:23



Türkiyəli jurnalist Metin Uca 1 il 2 ay 17 gün həbs cəzasına məhkum edilib.
Yenisabah.az xəbər verir ki, buna səbəb onun 24 iyun 2018-ci ildə həyata keçirilən prezident və parlament seçkilərində Anadolu Agentliyinin (AA) əvvəlcədən açıqladığı məlumatların seçki nəticələri ilə eyni olması barədə "Twitter"də paylaşım etməsi olub.
Belə ki, bu paylaşımdan sonra AA-nın baş direktoru Şenol Kazancı və direktor müavini Mustafa Özkaya onu məhkəməyə verib. Məhkəmə isə Ucanın paylaşımının ifadə azadlığı həddini aşdığına qərar verib.

Paylaş: