Ölümcül xəstəliyə tutulan əməkdar artist danışdı
Tarix: 5-06-2020, 11:42



Əməkdar artist Aybəniz Haşımovanın səhhətində problem yaranıb.
Yenicag.az xəbər verir ki, bu barədə sənətçi özü açıqlamasında bildirib:
“Üstünüzə sağlıq, ayağımla bağlı problemlərim var. “Qızıl yel” deyilən xəstəliyi eşitmisiniz yəqin. Nənəmə od qoyur. Allah hamınıza kömək olsun”.
Müğənni səhhəti ilə əlaqədar sosial şəbəkədə verdiyi canlı konsertlərinə də fasilə verib:
“Bu səbəbdən neçə gündür ki, canlı musiqiləri sizə təqdim edə bilmirəm. Elə bilməyin, unutmuşam. Sağalan kimi birinci işim sizə mahnı oxumaq olacaq”.

Paylaş: