"Deyirlər ki, karantində gedin, kəbin kəsdirin, bu toy hesab edilsin, olmaz axı"
Tarix: 3-06-2020, 17:43



"Deyirlər ki, karantində gedin kəbin kəsdirin bu toy hesab edilsin, bu toy olmaz axı".

Bu sözləri Sonxeber.az-a açılamasında Milli Məclisinn deputatı Aqil Abbas deyib. Deputat karantin müddətində toy və yas mərasimlərinin keçirilməsinə öz münasibətini bildirib:

"Qohumlara dəfndə iştirak etməyə imkan verilir. Adamlar gəlib başsağlığı verib gedə bilər. Bunu böyük bəlaya çevirmək olmaz. Mən yaslarda israfa qarşıyam. Yaslar Naxçıvan Muxtar Respublikasında necə keçirilirsə, Azərbaycanın digər regionlarda da elə keçirilməsinin tərəfdarıyam. Əvvələr yas mərsimlərində yeddi, cümə axşamları keçirilirdi. İndi 3 ilə 7 mərasimini birləşidirlirlər və ehsan verirlər. Getdikcə insanlar maariflənir və bu barədə qaydalar yüngülləşdirirlər. Gələcəkdə yəqin ki, yas mərasimlərinin keçirilməsi daha da yüngülləşəcək. Karantin dövrüdür, dözmək lazımdır. Dünyanın başına belə oyun gəlibsə, biz də çətinliklərə dözməliyik. Toy məsələsinə qaldıqda isə bildirim ki, yəqin ki, bir-iki aydan sonra, karantin bitəndən sonra toyların keçirilməsində yüngülləşəmə olar. Toyu ləğv etmək olmaz. İnsanın ən xoş günüdür, toy edilməlidir. Deyirlər ki, karantində gedin kəbin kəsdirib bu da toy hesab edilsin. Bu toy olmaz axı, yadda qalmaz. Adam var altı dəfə evlənib, onlara aid deyil. İnsan ömründə bir dəfə evlənir. Hökümət deyirsə ki, hazırda toy etməyin, xəstəlik var. Biz bunu gözləmək məcburiyyətindəyik".

Paylaş: