Mir Şahin AzTV-nin “Ağ-Qara”sını 4 dəqiqəyə dağıtdı
Tarix: 3-06-2020, 15:48



AzTV-də “Ağ-Qara” verilişi var. Veriliş də yaxşıdır, aparıcı da – düzdür, Aleksandr Qordon olmasa da, ən azı onun kimi xarizmatik görünür.
Mir Şahinlə olan veriliş ötən həftə efirə gedib, mən dünən baxdım. Maraqlı idi. Amma bu veriliş mənim üçün cəmi 4 dəqiqə çəkdi.
Əlbəttə, veriliş 46 dəqiqə davam etdi, amma daha “Ağ-Qara” olmadı...
Öyrətmək olmasın, aparıcı həmkarım Mir Şahin kimi söz oyunçusunu nəzərə almalıydı. Və birinci verdiyi sualı axırda verməliydi.
Amma son sözü birinci dedi və uduzdu.
Mir Şahin onun nə ağını tanıdı, nə də qarasını: başqa rənglərin mövcudluğunu və üstünlüyünü sübut etdi.
Mir Şahinin “ağ-qara”dan imtina etməsi aparıcının bütün müdafiə və hücum taktikasını məhv etdi.
Niyə veriliş mənim üçün 4-cü dəqiqədə bitdi?
Çünki 4-cü dəqiqədən sonra veriliş “Ağ-Qara”dan “Mir Şahinin vaxtı”na çevrildi.
“Mir Şahinin vaxtı”na isə Real TV-də onsuz da baxıram…
axar.az




Paylaş: