Səhnəmizin “barbi”sindən MARAQLI ETİRAF — Qalmaqalsız da sevilmək, tanınmaq olur
Tarix: 3-06-2020, 10:42



Əməkdar artist Rühəngiz Allahverdiyeva maraqlı açıqlamalar verib.
“Ölkə.Az” xəbər verir ki, səhnəmizin “barbi”si ARB-də yayımlanan “Show news”verilişinin kameraları qarşısına keçib. O,  şou-biznesin qalmaqalsız, yeganə nümayəndəsi olduğunu deyib.
“Vallah, qəlbimdə o qədər sirlər, söhbətlər var. Mənim də arxamca çox danışıblar, eşitmişəm, ancaq mən onların səviyyəsinə enməmişəm. Demişəm deyibsə, qoy danışsın. Qoy, məni görəndə o, utansın, mən yox”.
Əməkdar artist qalmaqallarla onu əsəbləşdirmək istəsələr də, heç birinin buna nail olmadığını deyib.

“Niyə axı, kiminləsə qalmaqal edim? Bu, mənə lazım deyil. Qoy, hamı öz çörəyini qazansın. Qalmaqalsız da sevilmək, tanınmaq olur. Ona görə qalmaqala ehtiyac yoxdur. Sadəcə, demək istəyirəm ki, heç kəs vicdanını itirməsinlər”,- deyə o, bildirib.
Daha sonra Allahverdiyeva şeir yazmaq qabiliyyətinin olduğunu da etiraf edib.

Paylaş: