“Ramal çox xəsisdir, karantin dövründə...”
Tarix: 3-06-2020, 10:25



Əməkdar artist Elza Seyidcahan müğənni Ramal İsrafilovu xəsis adlandırıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə sənətçi “7 canlı” proqramında danışıb.
Seyidcahan həmkarına bir neçə mahnı verdiyini, lakin qarşılığında heç nə almadığını bildirib: “Ramal İsrafilov çox xəsisdir. Ona 3-4 mahnı vermişəm. Karantin dövründə yanıma gəlməli, bazarlıq etməli idi. Hanı onun bazarlıqları? O evimə gəlməli, hətta anamın yaşadığı ünvana gedib köməklik göstərməli idi. Bəs hardasan, Ramal?”

Paylaş: