Sevdadan nişanlısına qadağa
Tarix: 2-06-2020, 17:52



Müğənni Sevda Yahyayeva nişanlısı Zakir Bayramova qoyduğu qadağadan danışıb.
Axşam.az xəbər verir ki, sənətçi "Ona qalsa" proqramına gələn zaman yaradıcı heyət ona sürpriz etmək istəyib.

Aparıcı-şairə Nazilə Səfərli bildirib ki, Z.Bayramova yazaraq, ondan Sevdaya canlı yayımda sürpriz etməsini istədiyini bildirib:

"Zakirə dedim ki, Sevdanın xəbəri olmasın. O da gecə 12-yə qədər gizli saxlayıb, 2-də Sevdaya açıb deyib. Ona görə də indi onunla danışmıram".

Sevda isə bu cür halları xoşlamadığını bildirib:

"Sürpriz etmək istəyirdilər. O da bilir ki, həyəcanlanıram. Demişəm ki, verilişdə olanda heç nə göndərmə. Camaat elə bilir ki, qəsdən edirəm".

Paylaş: