Seda Sayan da “O səs”də olmayacaq
Tarix: 2-06-2020, 15:33



Müğənni Seda Sayan “O səs Türkiyə”nin münsifi olmayacaq. “Qafqazinfo” xəbər verir ki, bu barədə sənətçi instaqramda məlumat verib.
O, fanatları ilə yazışarkən çox yorulduğunu, fəaliyyətini “Yemekteyiz” proqramını aparmaqla, davam etdirəcəyini xatırladıb.
Qeyd edək ki, layihə rəhbəri Acun Ilıcalının “jürilər dəyişəcək” açıqlamasından sonra Murad Boz və Hadisənin “O səs”dən getməsi xəbəri yayılmışdı.

Paylaş: