Nərgiz Cəlilova ona AzTV-də vəzifə verilməsini TƏKZİB ETDİ
Tarix: 2-06-2020, 13:06



Tanınmış teleaparıcı Nərgiz Cəlilova Azərbaycan Dövlət Televiziyasında yüksək vəzifəyə təyin olunması haqqında yayılan xəbərlərə münasibət bildirib.
Əməkdar artist "Ölkə.Az"ın əməkdaşı ilə söhbətində yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib. 
"Bu, tamamilə uydurma xəbərdir. Əgər bunu mənim dilimdən eşitməmisinizsə, deməli, həqiqətə uyğun deyil",- deyə, o, açıqlayıb. 
Qeyd edək ki, bu haqda xəbəri ilk olaraq ''News24.az'' saytı yayıb.

Paylaş: