Şahan Gökbahar “koronaviruslusan” deyib işçisini qovdu, şirkəti məhkəməyə verildi
Tarix: 2-06-2020, 11:50



Şahan Gökbahar “koronaviruslusan” deyə işçisini qovub. Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, Şahan Gökbaharın qardaşı Togan Gökbaharla birgə qurduğu “Çamaşırhane” film şirkətində mühafizəçi işləyən S.D. koronavirusa yoluxduğu deyilərək, işdən qovulub.
Məlum olub ki, 33 yaşlı S.D. uzun müddət imiş ki, şirkətdə mühafizəçi işləyirmiş. Mart ayının 19-da qrip olduğu üçün xəstəxanaya müraciət edən S.D. həkimlərin tövsiyəsi ilə bir müddət evdə istirahət edib. Daha sonra işə geri dönən mühafizəçi “Sən koronavirusa yoluxmusan” iddiası ilə üz-üzə qalıb.
İşdən qovulan mühafizəçi məsələ ilə bağlı məhkəməyə müraciət edib. Məlumata görə, onun şikayəti əsasında artıq şirkət barəsində araşdırma aparılır.

Paylaş: