Rəhim çəmənlikdə “Dünyamıza dəyməyin” oxudu
Tarix: 1-06-2020, 13:14




Bəstəkar-müğənni Rəhim Rəhimli yeni layihəsini təqdim edib.
Oxu.Az xəbər verir ki, efirə nadir hallarda çıxan sənətçi 1 iyun - Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə “Dünyamıza dəyməyin” bəstəsini ekranlaşdırıb.
Mahnının musiqisi R.Rəhimliyə, sözləri isə Ələmdar Quluzadəyə məxsusdur. 
Rəhim mahnını Kamella adlı qızla duet şəklində oxuyub.
Ekran işinin rejissorluğu Nail Naiboğluna həvalə olunub.



Paylaş: