Məşhur modeldən etirazçılara rekord yardım
Tarix: 1-06-2020, 13:11



ABŞ-da polis tərəfindən qətlə yetirilən 46 yaşlı qaradərili Corc Floydun ölümü ölkəni ayağa qaldırıb.
 
Primetime.az xəbər verir ki, irqçi hücuma məruz qalan Floydun qətlə yetirilməsinə məşhurlar da sərt reaksiya verib. Aralarında Naomi Kampel, Lebron Ceyms, Bella Hadid, Cessika Alba kimi simaların yer aldığı bir çox məşhur Floydun son sözləri olan "Nəfər ala bilmirəm" ifadəsinə yer verərək paylaşımlar edib. Etirazların miqyasının böyüməsi səbəbi ilə bir çox insan polis tərəfindən saxlanılıb.
 
Sosial media hesablarından hadisələri tənqid edən tanınmışlarla yanaşı məşhur model Krissi Teygen həbs olunan etirazçıların sərbəst buraxılması üçün 200 min dollar kəfalət haqqı bağışlayıb. O, izləyicilərindən də "səssizlik xəyanətdir" şərhi ilə ona dəstək vermələrini istəyib.

Paylaş: