''O boş dialoqu xəbərə çevirənlər yaxşı olardı ki...''
Tarix: 1-06-2020, 12:44



''Space'' TV-nin efirində yayımlanan “Hər səhər” verilişində yaşanan komik anlarla bağlı aktyor-aparıcı Ramiz Hüseynzadə ''Ölkə.Az''-a danışıb. Hüseynzadə əməkdaşmızla söhbətində bildirib ki, müzakirəyə səbəb olan sualı zarafat xatirinə verib:
''Bizim verilişimiz səhər saatlarında efirə gedən pozitiv proqramdır. Bu gün səhər də qonağım olan balaca uşaqdan yumor xətrinə adını bildiyim halda ''Xədicə adın nədir?'' sualını soruşdum. O da cavabında adını təkrarlayarq dedi ki, adım Xədicədir'. Sadəcə olaraq həmin kadrı xəbərə çevirib, reytinq xatirinə paylaşmaq gülüncdür. Çünki efirdə qüsur sayılacaq böyük bir hadisə baş verməyib. Biz efirdə rayonlarımızın işğalını çəkib göstərmişik. Nəyə görə həmin xəbərləri deyil, belə adi nüansı bu qədər şişirdiblər, başa düşə bilmirəm. O boş dialoqu xəbərə çevirənlər yaxşı olardı ki, uşaqlar üçün marifləndirici yazılar yayımlasınlar''. 
Qeyd edək ki, R. Hüseynzadə canlı efirdə onunla söhbət edən balacaya ''Xədicə, adın nədir?'' deyə, sual ünvanlayıb. Sual sosial şəbəkədə lağa qoyulub və müzakirəyə səbəb olub.

Paylaş: