Sənət dostları Yaşar Nurinin ailəsini unudub
Tarix: 1-06-2020, 11:35



Xalq artisti, mərhum sənətkar Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva maraqlı açıqlamaları ilə diqqət çəkib. 
Yenisabah.az xəbər verir ki, ARB telekanalının “Səhər-səhər” proqramında qonaq olan Rəhimə xanım aktyorun ölümündən sonra heç bir həmkarının onlara dəstək olmadığından gileylənib: “Yox, heç bir sənət dostu gəlib-getmir. Mən 2012-dən bəri mən heç kimdən heç nə görməmişəm. Mənə dəstək olan qızım Ülkər və böyük qızım Ülviyyədir. O da ailəlidir, bir qızı var. Yeri gələndə o da gəlir mənə dəstək olur. Amma ətrafdan mən heç kəsdən dəstək görməmişəm”. 
Xatırladaq ki, Xalq artisti Yaşar Nuri 2012-ci ildə noyabrın 22-də uzun sürən xəstlikdən sonra vəfat edib. 
Həmin görüntüləri təqdim edirik:



Paylaş: