"Başıma nə gələcəyi öncədən ürəyimə dammışdı"
Tarix: 1-06-2020, 11:28



Bir neçə gün öncə karantin rejimini pozduğuna görə 10 sutka həbs cəzasını çəkib azadlığa çıxan idmançı Kamil Zeynallı sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.

BiG.AZ xəbər verir ki, Kamil instaqram hesabında yağışda yardım paylanan zaman çəkdirdiyi fotosunu paylaşıb. O, fotoya "Başıma nə gələcəyi öncədən ürəyimə dammışdı" sözlərini qeyd edib.

Kamil bu sözləri ilə yağış yağmasını nəzərdə tutsa da, izləyicilər həbsi ilə bağlı yazdığını iddia ediblər.

"Başıma nə gələcəyi öncədən ürəyimə dammışdı" - Kamil Zeynallı - FOTO

Paylaş: