"Sevinc Gülməmmədova heç zaman AzTV-də çalışmayıb" - AÇIQLAMA
Tarix: 1-06-2020, 11:18



Sevinc Gülməmmədovanı AzTV-nin aparıcısı kimi təqdim etmək doğru deyil. “Report” xəbər verir ki, bunu AzTV sosial mefia və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov bildirib.
Onun sözlərinə görə, Sevinc Gülməmmədova AzTV-də Akademiyanı bitirib və qısa müddətdə efirə çıxıb: “O, heç zaman AzTV-də çalışmayıb. S. Gülməmmədova yalnız bir neçə ay Mədəniyyət TV-də səhər verilişini aparıb”.
Qeyd edək ki, bir sıra KİV-lərdə Sevinc Gülməmmədova “AzTV-nin keçmiş aparıcısı” kimi təqdim olunur.




Paylaş: