"Kamera görəndə şir-pələng olurlar"
Tarix: 30-05-2020, 18:28



"Kamera görəndə şir-pələng olurlar. Özlərinə də deyirəm, siz muğam məktəbi qurtarmısınız. Niyə elə söhbətlər edir, gündəmdə qalırsız? Psixi problemləriniz var? Onlar nümunə olmalıdırlar".
 
Primetime.az xəbər verir ki, bu sözləri Xalq artisti Nəzakət Teymurova "Show news" verilişinə açıqlamasında deyib.Xanəndə muğam ifaçılarının qalmaqallarından danışıb. O bildirib ki, xanəndələrə bir-birinə söz atmağı yaraşdırmır:
 
"Bir vətəndaş, muğam ifaçısı kimi pis oluram. Bizim muğam ifaçıları hər kəsə örnək olub. İndi baxırsan ki, onlar da başlayıb bir-birinə söz atır. Hər şey mədəni göstərilməlidir. Ustadlarmız bizə belə tövsiyyə edib".



Paylaş: