Koronavirusdan qorxub serialla yollarını ayırdı
Tarix: 30-05-2020, 17:10



Koronavirus səbəbi ilə çəkilişləri dayandırılan "Zalim İstanbul" serialı ekranlara geri qayıdır.

UlduzumSan.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Avşar film" tərəfindən ərsəyə gələn ekran işinin rejissoru Şenol Sönmez baş obrazlardan olan Fikret Kuşkanı çəkilişlərə dəvət edib.

Səhhəti ilə bağlı problemi olan aktyor serialda yer almaqdan imtina edib və instaqramda açıqlama yayaraq "Zalim İstanbul"dan ayrıldığını yazıb.

"Xəstəyəm və COVID- 19 pandemiyasına yoluxma riskim böyükdür. Bu səbəbdən 36 bölümündə rol aldığım ekran işində yer almayacam. Səhhətim daha vacibdir",- deyə Sönmez bildirib.

Paylaş: