"Bizə şəxsi həyatımızla bağlı sual verməyin"
Tarix: 30-05-2020, 12:57



"30 yaşımız var. Bizim öz şəxsi həyatımız da ola bilər. Düzdür? Mən hər birinizdən artıq dərəcədə xahiş edirəm. Bizə şəxsi həyatımızla bağlı sual verməyin".

BİG.AZ xəbər verir ki, bu sözləri Sevil və Sevinc bacıları "MTV xəbər" proqramına açıqlamasında deyiblər:

"Biz şəxsi həyatı ilə gündəmə gələn müğənnilər sırasında deyilik. Ailə həyatı quracam, o ailə də mənimçün özəl, önəmli olacaq! İstəmirəm şəxsi həyatımdan yazsınlar. Çünki mənim üçün dərin, toxunulmaz mövzudur!"

Paylaş: