Roza Zərgərli yenidən ombasını əməliyyat etdirdi
Tarix: 30-05-2020, 11:44



Müğənni Roza Zərgərli karantin dövründə bir neçə əməliyyat keçirib.

UlduzumSan.Az xəbər verir ki, bu barədə müğənninin özü "ATV maqazin onlarla" proqramına açıqlama verib:
"Bədənimin müxtəlif nahiyələrindən piy çıxarıldı. Həmin piydən kök hücreyrə çıxarılıb diz və ombama yerləşdirildi. Artıq iki aydır ki, ağrıkəsici dərman qəbul etmirəm. 4 ayım qalıb ki, nəticəni görək. Həkim dikdaban ayaqqabı geyinməyi hələ ki qadağa qoyub. Bu vaxta qədər 3 dəfə liposaksiya etdirmişəm. Bu yaxınlarda etdirdiyim növbəti əməliyyat isə göz qapaqlarımdan oldu. Mən hansı əməliyyatı keçirdirəmsə gizlətmirəm, deyirəm. Bacarırsınız, siz də etdirin". (Big.az)

Paylaş: