Cem Yılmaz lüks villasını 2 milyona satır
Tarix: 29-05-2020, 17:25



Məşhur komediya aktyoru Cem Yılmaz İstanbuldakı lüks villasını satışa çıxarıb.
“Qafqazinfo” xəbər verir ki, Zekeriyaköy ərazisində ən böyük mülk hesab edilən malikanə 2 milyon dollara alıcı axtarışındadır.
Hazırda sözügedən mənzildə futbolçu Gael Clichy yaşayır. O, hər ay 50 min TL kirayə haqqı ödəyir.
C. Yılmaz alıcılara müraciətində bildirib ki, villanı alan şəxs kirayəçi tapmaqla bağlı problem yaşamayacaq. Belə ki, Gael satışdan sonra da həmin evdə yaşamaq niyyətindədir.
Qeyd edək ki, malikanə 700 kvadrat metrlik ərazidə inşa edilib.

Paylaş: