“Ermənilər toparlanıb ümumi qiymətlərini desinlər, pullarını verib axırlarına çıxaq...”
Tarix: 29-05-2020, 12:23




“Mənə qarşı bu münasibət də ordan qaynaqlanır. Biz beynəlxalq səviyyədə çox güclü şəkildə işləməliyik. Ermənilər yüz illərdir bizi rüsvay etməklə məşğuldur”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Xalq artisti ermənilərin tarix boyu bizlərə böhtan atdığını bildirib:

“Ermənilər toparlanıb ümumi qiymətlərini desinlər və pullarını verib  axırlarına çıxaq. Əgər bunlar ölüsünə qiymət qoyursa, onda bu yaxşı əlamətdir. İkincisi mən dəfələrlə demişəm daxilimizdə erməni südü, qanı daşıyanlar var. Mənə qarşı bu münasibət də ordan qaynaqlanır. Biz beynəlxalq səviyyədə çox güclü şəkildə işləməliyik. Ermənilər yüz illərdir bizi rüsvay etməklə məşğuldur. Amma biz bir dənə münasibət göstərməmişik. Danışanda da deyirlər ki, nəyinə lazımdır. Paşinyanın arvadı dünya erməni qadınlarına müraciət edib və (yüz faiz əminəm ki, onun dedikləri öz sözü deyil)  bizi nə günə qoyub onu demirəm, amma sonda deyir ki, türklər bizə qarşı müharibəyə hazırlaşırlar, hər birimiz silaha sarılıb son nəfəsimizə qədər türklərin axırına çıxmalıyıq. Bizdə qadın təşkilatları, Milli Məclisdə qadın deputatlarımız var, amma onların heç biri buna münasibət bildirmir. Əlli-yüz ildən sonra erməni tarixçiləri bunları bir fakt kimi qarşımıza qoyacaqlar. Ən dəhşətlisi budur ki, Vladimir Putin bizi Cümhuriyyət bayramı münasibətilə təbrik edib yazır ki, Azərbaycan vətəndaşların təbrik edirəm. Yəni bunlar Azərbaycan xalqı sözün yazmayıblar, bunu da edən orda olan ermənilərdir. Bir əsrdən sonra ermənilər deyəcəklər ki, Azərbaycanda xalq olmayıb, bunlar toplum olublar. Mən bununla bağlı müxtəlif təşkilatlara müraciət etmişəm və Rus İcmasının sədriylə əlaqə yaratmağa çalışmışam, amma o, da cavab vermir. Cənab Zaberin, sizə müraciət edərək bildirmək istəyirəm ki, niyə Putinə demirsiniz ermənilər artıq Rusiyanı işğal edib, ideologiyasını, daxili-xarici siyasətini formalaşdırır. Niyə bunlara belə şərait yaratmısınız? Nazirləriniz də ermənidir. Bu da türk dünyasına qarşı təxribatdır. 

Həmin xristian dünyasından başlayan xəyanətin nəticəsidir ki, bu gün o siyasət indi də davam edir. Əgər erməni Ramil Səfərovu öldürsəydi, onda necə olacaqdı?! Erməni böyük bir xalqın bayrağını təhqir edib və cəzasını da alıb. Bu mənəviyyatsızlığın, xəyanətin kökündə böyük ideologiya durur. Ümumiyyətlə, Avropa Şurasının apardığı siyasəti qınayıram, hər şey göz qabağındadır, birtərəfli xəyanətlə məşğuldurlar. Ona görə də kompleks yanaşma olmalıdır. Biz haqqımızı tələb etməliyik. Bunun üçün bizim əlimizdə kifayət qədər sübutlar var, amma ermənilərin əlində şər və böhtandan başqa heç nə yoxdur. Biz niyə susmalıyıq ki?! Mənim ünvanıma təhqirlər yağdırmaqdansa, getsinlər Paşinyanın küçədə qalan arvadına cavab versinlər. Bunu etmirlər, işimiz ancaq biz-birimizi gözdən salmaqdır. Bunun da başında duran daxilimizdəki güclü maraqlardır. Bu təxribatları təşkil edən adamlar var. Biz neçə ildir Xocalı faciəmizi ermənilərə sübut edə bilmirik”.


Paylaş: