Cem Yılmaz ilk dəfə Serenayla fotosunu paylaşdı
Tarix: 28-05-2020, 09:55



Aktrisa Serenay Sarıkaya ilə eşq yaşayan şoumen Cem Yılmaz ilk dəfə onunla birlikdə fotosunu paylaşıb.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı Cemin bu paylaşımına minlərlə bəyənmə və rəy gəlib. 
O, fotoya "Şəhərin səs-küyündən uzaqda, təbiətin bizə təqdim etdiyi falan-filan. “Xeyirli olsun”ları eşidək", - deyə şərh yazıb.
Qeyd edək ki, Cem Yılmaz ötən ilin sonunda aktrisa sevgilisi Defne Samyeli ilə münasibətlərinə son qoyub. Bir müddət sonra cütlüyün barışdığı və evlənəcəyi deyilsə də, Cemin Serenaya olan heyranlığı bu münasibətə tamamilə son qoyub. Lakin şoumen Defne ilə olan bəzi fotolarını "Instagram"ından hələ də silməyib.




Paylaş: