Ajda Pekkan "Best Of" albomunun müjdəsini verib
Tarix: 27-05-2020, 13:56



Türk Pop Musiqisinin məşhur müğənnisi Ajda Pekkan uzun illərdən sonra "Best Of" albomu hazırlayacaq.
Open.az xəbər verir ki, Ajda Pekkan, tanınmış bəstəkar Aykut Gürellə birlikdə ötən illərin hit mahnılarını bir araya gətirərək, albom şəklində buraxacaq.
"Best Of" albomunun müjdəsini verən Aykut Gürel: “Ajda Pekkan’ın 2000"-ci illərdən əvvəl yazılan mahnılarını yenidən, başqa üslubda dinləyicilərə təqdim edəcəyik. Bu xəbər Ajda xanımı da həyəcanlandırıb. Artıq 7-8 mahnının hazırlıqlarını bitirmişik" deyib.

Paylaş: