"Bu mahnıya görə, Talıba 5000 manat ödəmişəm"
Tarix: 27-05-2020, 13:48



Müğənni Vəfa Şərifova həmkarı Talıb Taledən aldığı mahnının qiymətini açıqlayıb.
“Ölkə.Az” xəbər verir ki, o, bu barədə ARB-də yayımlanan “Ona qalsa” verilişində açıqlama verib. Şərifova Talıb Talenin yazdığı musiqiyə 5000 manat ödədiyini açıqlayıb.
“Bu mahnıya görə, Talıba 5000 manat ödəmişəm. Onun mahnılarının qiyməti budur. Talıb müğənnilərə musiqilərini bu qiymət qarşılığında verir”,- deyə o, açıqlayıb.

Paylaş: