"Xəstəxananın həyətində nazik, qısa gödəkçədə 100 dəfə “Allah” söylədim"
Tarix: 27-05-2020, 13:34



“Novruz bayramı ərəfəsində, martın 18-də bacımın halı pisləşdi. Gecə onu xəstəxanaya yerləşdirdik. Həkimlər bacımın vəziyyətinin çox ağır olduğunu dedilər. O, nəfəs almaqda çətinlik çəkirdi. Qışqırırdı ki, açın hər yeri, havam çatmır”.
Oxu.Az xəbər verir ki, bu sözləri ATV telekanalında yayımlanan “Şou ATV” proqramında qonaq olan müğənni Aynur Dadaşova bacısı Günel barədə danışarkən bildirib:

“Bacım asanlıqla heç nəyə təslim olmur. Həmin gecə yağış yağırdı, hava soyuq idi. Xəstəxananın həyətində nazik, qısa gödəkçədə 100 dəfə “Allah” söylədim və sabaha qədər bacımın sağ qalması üçün möhlət istədim.
Göydə Allah, yerdə isə həkimlərin sayəsində bacım sağ qaldı. Canı verən Allahdır. Allahın möcüzələrinə çox inanıram. Bacım həyatım və canımdır. Həkimlər bacımın sağ qaldığını görəndə təəccübləndilər”. 
Qeyd edək ki, müğənni A.Dadaşovanın bacısı Günelin bir oğlu var. 

Paylaş: