"TikTok" rəqiblərini geridə buraxdı
Tarix: 26-05-2020, 17:39



Məşhur "Bloomberg" agentliyi "TikTok" və onun çinli əkizi "Douyin" tətbiqlərinin daha güclü rəqibləri geridə qoyaraq aprel ayı ərzində ən çox gəlir gətirən mobil tətbiq olduqlarını açıqlayıb.
ABŞ ərazisində yaşayan hər 14 yaşlı sakin isə demək olar ki, sözügedən tətbiqlərdə heç olmasa bir dəfə ödəniş edib. Məsələn, bu tətbiqlərdə bəyənilən müəllifi dəstəkləmək üçün "virtual valyuta" əldə etmək mümkündür.
Məhz bu səbəbdən tətbiqlərin gəliri 78 milyona qədər artıb.
2020-ci ilin birinci rübü ərzində "Douyin" və "TikTok" tətbiqlərinin 315 milyon dəfə istifadəçilər tərəfindən yüklənib. Qeyd edək ki, ötən il bu göstərici 157 milyon ilə əhatələnmişdir.
Beləliklə də, "TikTok" karantin dövründə gəlirini 10 dəfə artıraraq texno-bazarın "Netflix", "YouTube" və "Tinder" kimi nəhənglərini geridə buraxmağı bacarıb.

Paylaş: