Emin açıqlama yaydı
Tarix: 26-05-2020, 16:38



Xalq artisti Emin Ağalarov beynəlxalq “Jara” festivalının beşinci yubileyi barədə açıqlama yayıb. “Qafqazinfo” xəbər verir ki, o,  həmtəsisçilərindən biri kimi tədbirin elan olunan vaxtda keçiriləcəyini qeyd edib.
29 iyul- 2 avqust tarixində reallaşacaq gecənin proqramı da açıqlanıb. Festivalın ilk günü açılış olacaq və bu ilin super hitləri Bakı səhnəsində səsləndiriləcək. 30 iyul tarixində 90-ci illərin mahnıları və Dmitri Malikovun yaradıcılığına müraciət olunacaq. 
İyulun 31-də İqor Nikolayevin yaradıcılıq gecəsi və “Emin & Friends” adlı konsert baş tutacaq.
1 avqust tarixi beynəlxalq gün elan olunacaq və sənətçilər bu mövzuda səhnədə yer alacaq. Avqustun 2-də isə HammAli, Navai, İqor Krid və “Z” nəslinin ulduzlarının ifası olacaq.
Qeyd olunub ki, virusla bağlı təhlükəsizlik tədbirləri görüləcək, vacib bir qərar çıxdığı təqdirdə gecə avqustun sonunadək təxirə salınacaq.

Paylaş: