Alina Zagitova "Olimpiya Stil İkonası" seçilib
Tarix: 26-05-2020, 14:31



2018-ci ildə Avropa, 2019-cu ildə isə Dünya Çempionu olan rusiyalı fiqurlu konkisürən Alina Zagitova Beynəlxalq Olimpiya Komitəsi tərəfindən "Olimpiya Stil İkonası" seçilib.
Open.az xəbər verir ki, Alina Zagitova olimpiya və dünya çempionu final səsverməsində amerikalı Conni Veyri üstələyib. Zagitova 62 faiz, Veyr isə 38 faiz səs toplayıb.
Qeyd edək ki, 18 yaşlı Alina Zagitova 1/4 finalda atletika üzrə yamaykalı 8 qat olimpiya və 11 qat dünya çempionu Useyn Boltu, yarımfinalda isə onun keçmiş komanda yoldaşı Şelli-Enn Freyzer Praysa qalib gəlib.


Alina Zagitova Olimpiya Stil İkonası

Paylaş: