“Vilyamın kabinetindən çıxanları görəndə dedim ki, kaş mənim də bu qədər pulum olaydı…”
Tarix: 26-05-2020, 13:37



“Vilyamın kabinetindən çıxanları görəndə dedim ki, kaş mənim də bu qədər pulum olaydı…”


UlduzumSan.Az xəbər verir ki, Əməkdar artist Azad Şükürov Moderator.az-a açıqlamasında məmurların həbsinə fərqli münasibət bildirib.
O, İmişlinin həbs edilən sabiq icra başçısı Vilyam Hacıyevin kabinetindən çıxan pulların qarşısında təəccübləndiyini deyib:
“İmişlinin icra başçısının kabinetindən çıxan pulları görəndə dedim ki, kaş mənim də o qədər pulum olaydı, amma halal qazanaydım. Pul yaxşı şeydir, arxayınçılıqdır, problemsiz həyatdır. Sənətimlə, filmlərə çəkilib qazanaydım, amma haram yolla yox. Altmış iki yaşım var və indiyə kimi evimə bir manat da haram pul girməyib, çünki buna imkan verməmişəm. Ailəmi halal pulla saxlamışam”.
Aktyor bir vaxt münasibəti olduğu V.Hacıyevdən bu cür rüşvətxorluğu gözləmədiyini deyib:
“Vilyam Hacıyevdın bunu gözləmirdim, rayonda tədbirlərdə olmuşam və o, həmişə mənə intellektural adam təsiri bağışlayıb. Bunları görəndə çaşdım qaldım, gözlərimə inanmadım. Əlbəttə, haram qazanmaq, dövlətə xəyanət etmək, xalqın pulunu yemək olmaz, göydən Allah baxır. Bunlar adam yox adamcıqlardı, həyatda əskik, ürəkləri xırda adamdılar.

Paylaş: