"Bu ölkənin vətəndaşı olmaqdan utanıram"
Tarix: 26-05-2020, 13:12



Türkiyənin tanınmış teatr aktyoru Orhan Aydın sosial media hesabından "od püskürüb".
Open.az xəbər verir ki, koronavirusa görə 3 aydır teatrların bağlı olmasından şikayətlənən Orhan Aydın "Teatrımız Yaşasın" sloqanı ilə kompaniya başladıb və 7 maddəlik tələbnamə irəli sürüb.
"Teatrı məslək kimi qəbul etməyib, yasağı qaldırmayan bir ölkənin vətəndaşı olmaqdan utanıram" deyən Orhan Aydın, 3 aydır maaş almadıqlarını və teatr aktyorlarının maddi durumunun pis vəziyyətdə olduğunu vurğulayıb.



Tanınmış aktyor üsyan etdi: Bu ölkənin vətəndaşı olmaqdan utanıram

Paylaş: