Əfsanəvi musiqiçi infarkt keçirdi
Tarix: 26-05-2020, 13:07



Əfsanəvi "Queen" rok qrupunun gitara ifaçısı Brayan Mey infarkt keçirib.

Əfsanəvi musiqiçi infarkt keçirdi - VİDEO

BiG.AZ-ın superhaber.tv-yə istinadən verdiyi xəbərə görə, ölümdən döndüyünü deyən Mey açıq ürək əməliyyatı keçirib.

Əfsanəvi musiqiçi infarkt keçirdi - VİDEO

40 dəqiqə davam edən infarkt səbəbiylə xəstəxanaya yerləşdirilən 72 yaşlı musiqiçinin üç arteriyasının tutulduğu məlum olub. Ona üç stent qoyulub.

"İstedadlı və düzgün insanlar tərəfindən inanılmaz bir əməliyyat keçirdim və onlara bütün qəlbimlə təşəkkür edirəm",- deyə Mey sosial şəbəkədə paylaşım edib.



Paylaş: