"Aygünlə Röya öz yerini Miryusifə verib"
Tarix: 26-05-2020, 13:05



"Röya əvvəllər bir verilişə çıxırdı, mahnı oxuyurdu, səhər isə həmin mahnı hitı çevrilirdi. İndi o tendensiya varmı? Əvvəllər Röya haqqında xəbər yazılanda ən az 10 min nəfər oxuyurdu. Amma indi Röya ilə bağlı xəbərə baxış sayı bir o qədər deyil".

BiG.AZ xəbər verir ki, bu sözləri aparıcı Ülviyyə Alovlu “Bomba TV” adlı "YouTube" kanalında yayımlanan verilişində deyib:

"Azərbaycan musiqiləri həmişə iki kateqoriyaya bölünüb; paytaxt və əyalət musiqilərinə. Rəşid Behbudov, Şövkət Ələkbərova kimi ifaçılar hər zaman paytaxtda sevilib, bəyənilib. Demirəm ki, onları regionda dinləmirdilər, bu ifaçılara bölgələrdə də qulaq asırdılar, amma az insan. Baloğlan Əşrəfov, Ağadadaş Ağayev kimi müğənnilər isə regionda bəyəniliblər. Röya isə ona görə "Nömrə 1" idi ki, ona həm paytaxtda, həm də regionda qulaq asırdılar. Bu gün isə onun "Nömrə 1" olması ilə bağlı müzakirələr var. Aygün Kazımova və Röya öz yerini Miryusifə verib" deyə Ülviyyə Alovlu əlavə edib.

Paylaş: