"Maşınımın üstünə dəmir atdılar, həmin adamı tapsam..."
Tarix: 26-05-2020, 12:26




"Qonşularım tez-tez eyvanlarından xalçalarını çırpırlar. Onlardan hansısa bir dəfə maşınımın üstünə dəmir atmışdı. Həmin insanı tapsam, sosiallaşdıracam".

BiG.AZ xəbər verir ki, bu sözləri müğənni Afət Fərmanqızı ARB TV-də yayımlanan "Ona qalsa" proqramında qonaq olarkən söyləyib.

Aparıcı Nazilə Səfərli isə Afətin fikirlərinə qarşı çıxaraq söyləyib ki, məsələni sosiallaşdırmaq lazım deyil:

"Həmin insana tozsoran alıb verərsən. O da xalçanı çırpmaz".

Paylaş: