Polina fotoqraf ərindən boşanır
Tarix: 26-05-2020, 11:40




Rusiyanın məşhur müğənnisi Polina Qaqarina və fotoqraf həyat yoldaşı Dmitri İshakov boşanır. 
“Qafqazinfo” xəbər verir ki, cütlük 6 illik evliliklərini bitirmək qərarına gəlib. Rusiya KİV-nin məlumatına görə, bir müddətdir ayrı yaşayan iki tanınmış şəxs artıq məhkəməyə müraciət edib.
Polina və Dmitrinin korlanan münasibəti sosial şəbəkədə də özünü büruzə verib. Belə ki, onlar instaqramda bir-birilərini izləməkdən imtina ediblər, ailəvi fotolarını paylaşmağı dayandırıblar.
Qeyd edək ki, sənətçi ilə fotoqrafın Miya və Qaqarin adlı iki övladı var.








Paylaş: