"Atamın ölümünə hələ də inana bilmirəm"
Tarix: 26-05-2020, 11:12



İllər öncə dünyasını dəyişən tanınmış müğənni Rüfət Mehdiyevin qızı sözləri ilə hər kəsi kövrəldib.

BiG.AZ xəbər verir ki, Rüfet Mehdiyevin qızları "ARB" kanalında yayımlanan "Öz evimizdir" verilişində qonaq olublar. Onlar atası haqqında danışıblar:

"O, həmişə bizim dərslərimizlə maraqlanırdı. Çox istəyirdi ki, universitetə girək. Düzdür o, bizim universitetə daxil olmağımızı görmədi, çox istəyərdik ki, görsün. Biz də bacardığımız qədər ona layiqli övlad olmağa çalışırıq. Mən hələ də qəbul edə bilmirəm ki, atam dünyasını dəyişib. Kimsə deyəndə ki, rəhmətlik Rüfət Mehdiyevin qızı mənə qəribə gəlir. Çünki həmişə yanımızda hiss edirəm onu".

O, atası haqqında danışanda kövrələrək ağlayıb.



Paylaş: