"Heç vaxt ağlıma gəlməzdi ki, həyatımız birləşəcək"
Tarix: 26-05-2020, 11:09



Müğənni, bloger Aynişanın sosial mediadakı paylaşımı diqqət çəkib.

BiG.AZ xəbər verir ki, Aynişan instaqram hesabında həyat yoldaşı Kənanla birlikdə görüntüləndiyi foto paylaşıb. O, fotoda tanışlıqlarından yazıb:

"Bu fotoya baxıram və yadıma düşür ki,illər öncədən elə bu məkanda bir birimizin yanından elə bir birimizə belə baxaraq keçirdik...eyni kafedə yan yana oturduq...və heç vaxt ağlımıza belə gəlməzdi ki, vaxt gələcəkdə bizim həyatımız birləşəcək. Qismətinizin yanından bəlkə də hər gün yan keçirsiz...evrən geçikmir,bəzən siz tələsirsiz. Doğru zamanda qismətiniz sizə doğru addımlayacaq...o zaman hər ikiniz buna hazır olacaqsınız. Xərcləməyəcəksiz münasibətinizi".
Onun fotosu marağa səbəb olaraq çoxsaylı şərhlər yazılıb.

"Heç vaxt ağlıma gəlməzdi ki, həyatımız birləşəcək" - Aynişan Kənandan yazdı - FOTO

Paylaş: