Türkiyəli müğənniyə hücum - 12 güllə atdılar
Tarix: 12-10-2017, 10:20


Türkiyəli müğənni Gökhan Doğanay silahlı hücuma məruz qalıb. “Qafqazinfo” xəbər verir ki, 39 yaşlı ifaçı dostları ilə bardan çıxaraq “34 YN 9027” markalı avtomobilinə minib. Kadıköy istiqamətində hərəkət edən Doğanaya bir qrup şəxs silah çəkib.
Öndə oturan sənətçi yaralanıb və təcili olaraq xəstəxanaya aparılıb. 
G. Doğanayın avtomobilinə 12, ayağına isə 3 güllə atıldığı məlum olub. 
Faktla bağlı araşdırma aparılır. 







Paylaş: