Vaqif Əliyevin Mədəniyyət naziri vəzifəsini icra etməsi xəbərinə reaksiya
Tarix: 25-05-2020, 12:56



“Bəzi kütləvi informasiya vasitələrində Mədəniyyət nazirinin səlahiyyətlərinin nazirin birinci müavininə həvalə olunması barədə yayılan xəbərlər həqiqəti əks etdirmir”.
UlduzumSan.Az xəbər verir ki, bu barədə Sabah.az-a Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, hazırda Mədəniyyət nazirinin müavinləri vəzifələrinin icrasını həyata keçirirlər. Mədəniyyət nazirinin səlahiyyətləri rəsmi şəkildə heç kimə həvalə edilməyib.
Qeyd edək ki, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevdir.

Paylaş: