İzzət onu tənqid edənlərdən danışdı
Tarix: 23-05-2020, 12:56



Müğənni İzzət Bağırov maraqlı açıqlama verib. 
UlduzumSan.Az-ın məlumatına görə, o, illər əvvəl geyindiyi kostyumun dünya ulduzu Ledi Qaqanın paltarı ilə müqayisə edilməsindən və tənqidlərdən danışıb: "24 il əvvəl geyindiyim kostyum hələ də yada düşür. Ledi Qaqanın geyindiyi kostyumla müqayisə etdilər. Kostyumlarımızın müqayisə edilməsinə əsəbləşsəydim, ona reaksiya bildirərdim. Kostyumdur da, danışsınlar. Bir gün gündəmdə qalır. Səhəri başqa məsələ ortaya atılır və unudulur. Edirlər etsinlər, nə olsun? Mənə nə qədər tənqidlər yazırdılar: Ledi Qaqa İzzəti heç tanımır. Tanımır da, bu, normaldır. Baxırdım, deyirdim eybi yox. Boş şeydir, insana mehribançılıq qalacaq".





Paylaş: