Emindən ayrılan Alyona Qavrilova əsas suala cavab verdi
Tarix: 23-05-2020, 11:01



Rusiyalı model Alyona Qavrilova Azərbaycanın Xalq artisti Emin Ağalarovdan ayrılması barədə ilk dəfə danışıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Alyona qızları Afinanın özü ilə yaşayacağını bildirib.
Emin Ağalarov bir neçə gün öncə Instagram səhifəsində Qavrilovadan ayrıldığını yazan zaman Alyona da elə həmin sosial şəbəkədə izləyicilərindən özünə gəlməsi üçün vaxt istəmişdi. O, uzun müddət susdu və qızı ilə şəkillərini paylaşmadı. İzləyicilər də, Emin hər gün qızı ilə şəkillər paylaşdığından, hesab etdilər ki, uşaq atası ilə yaşayır.
"Mən hamı uşağın mənimlə yaşadığını bilsin deyə qızımla şəkillərimi paylaşmağa hazırlaşmıram. Bu, faktdır. Biz ayrıldıq. Heç nə paylaşmayacam, paylaşmaq da istəmirəm. Söhbət bitdi. Hamıya uğurlar! Bu mövzu mənim səhifəmdə birdəfəlik bağlandı", - deyə Qavrilova bu gün Instagram-dakı səhifəsində yazıb.
Xatırladaq ki, mayın 13-də Emin Ağalarov Instagram-da xanımından ayrılması barədə paylaşım etmiş, ona ömür boyu hörmət edəcəyini və qızına görə minnətdar olduğunu bildirmişdi.
Ağalarovla Qavrilovanın toyu 2018-ci ildə olub. Toyu Andrey Malaxov aparıb, qonaqlar arasında isə Stiven Siqal kimi məşhurlar olub. Ötən il Eminlə Alyonanın Afina adında qızları dünyaya gəlib.




Paylaş: