Əməkdar artist qızının toyunun vaxtını açıqladı
Tarix: 22-05-2020, 16:20



Əməkdar artist Nüşabə Ələsgərli ötən ilin dekabr ayının sonunda nişanlanan qızının toy tarixini açıqlayıb.
Bu barədə sənətçi Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib.
“Yollar açılsa, qızımın toyu olacaq. Yollar bağlı qalsa, təxirə düşəcək. Qızım Nigarın toyu həm Bakıda, həm də xaricdə olacaq. Hazırda Nigar Bakıda, nişanlısı Gino isə xaricdədir”, - deyə müğənni bildirib.
Qeyd edək ki, Əməkdar artist Nüşabə Ələsgərlinin qızı Nigar Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində çalışır. Nigarın ailə quracağı Gino isə aşpazdır.






Paylaş: