Nanə Aybəniz Haşımovanın dalınca danışan müğənni barədə: "Allah onsuz da hər şeyi görür"
Tarix: 22-05-2020, 15:42



Nanə Ağamalıyeva əməkdar artist Aybəniz Haşımova ilə bağlı fakt açıqlayıb. Məşhur bir müğənninin onun dalınca danışdığını deyib.
UlduzumSan.Az xəbər verir ki, aparıcı həmin müğənninin dünyasını dəyişdiyini də bildirib:
“Aybəniz xanım o insana həmişə dəstək olub, xəstələnəndə başının üstündə hər zaman onu görmüşük. Həmin adama ürəyində böyük sevgisi, məhəbbəti olub. Amma o, Aybəniz xanımın arxasınca danışıb. Məəttəl qalırdım ki, ay Allah, bu necə ola bilər?Allah onsuz da hər şeyi görür, bilir ki, Aybəniz xanım bunu edib. İndi o adam haqq dünyasındadır, ümumiyyətlə, yoxdur.”
Nanə bunu özünün “Şou ATV” verilişində deyib.

Paylaş: