"Fəxrəddinlə boşanma həddinə çatmışıq amma..." - Xatirə əri ilə münasibətlərindən danışdı
Tarix: 22-05-2020, 15:37



Müğənni Xatirə İslam Lent.az saytının canlı yayımında olub.

UlduzumSan.Az xəbər verir ki, müğənni canlı yayımda həyat yoldaşı Fəxrəddinlə münasibətlərindən danışıb. O, bildirib ki, Fəxrəddinin xasiyyəti çox qəlizdir onunla yola getmək çətindir:

"Fəxrəddin çətin adamdır. Onunla hər insan yola gedə bilməz. Mən elə bil ki, qayınanalı evdə yaşayıram. Məsələn, mən evdə kirli qab saxlaya bilmərəm, Fəxrəddin imkan verməz o qab orda qalsın. Elə vəziyyət olub ki, boşanma həddinə çatmışıq. Amma bu insanların qorxusundan mən hər mövzuda evdə suyam. Düzdür, mən Fəxrəddini çox istəyirəm. Ona o qədər hörmətim var ki, o, mənim başımın tacıdır. Əgər bizdə boşanma olarsa, Allah uzaq eləsin, millət məni günahkar biləcək. Ona görə hər zaman su olmalıyam".

Paylaş: