Aysun "Sevdim"ə yeni nəfəs verdi
Tarix: 12-10-2017, 09:08


Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun anasının məşhur hitlərindən olan "Sevdim"ə müraciət etdi.

UlduzumSan.Az xəbər verir ki, Rəqsanə qızının ifasından bir parça  hissənin rəsmi "Instagram" hesabında paylaşıb. Mahnı sosial şəbəkə istifadəçiləri tərəfindən çoxsaylı müsbət rəy alıb.

 

Qeyd edək ki, Rəqsanə  bu mahnını 2006-cı ildə oxuyub. "Sevdim" adlanan mahnının musiqisi Rəşad Bağırova, sözləri Orxan Ömərə məxsusdur. Dinləyiciyə müsbət enerji ötürən mahnının aranjimanı İlkin  Həsənə məxsusdur.

Paylaş: