“Xalqın, dövlətin puluna göz dikənlər layiqli cəzalarını almalıdır...”
Tarix: 22-05-2020, 09:00



Xalq artisti, muğam ustadı Mənsum İbrahimov ölkədə baş verən məmur özbaşınalığına görə təəssüfləndiyini bildirib. 

Xanəndə Moderator.az-a açıqlamasında çətin gündə dövlətə kömək olmaq əvəzinə, kasıbların haqqını yeyən məmurların qanun qarşısında cəzalandırılmasının vacib olduğunu bildirib:

“Məmurların bu özbaşınalıqlarının şahidi olanda hamı kimi mən də şok oldum. Biz hüquqi dövlətdə yaşayırıq. Kimin nə cazası varsa, hüquq-müfahizə orqanlarımız onlarla bağlı tədbir görəcək və cəzalarını çəkəcəklər. Əlbəttə, xalqın, dövlətin puluna göz dikənlər layiqli cəzalarını almalıdır. Düşünürəm ki, ağır gündə hər kəs dövlətin yanında olmalı, öz işini vicdanla yerinə yetirməlidir. Biz belə görmüşük. Hamımız dostlarla çalışdıq ki, imkansız ailələrə yardımlar edək. Bununla xalqımız öz həmrəyliyini nümayiş etdirdi. Yəni o dönəmdə kasıb ailələrə verilən ərzağı mənimsəmək ən başlıcası vicdansızlıqdır, günahdır”.


Paylaş: