Əməkdar İncəsənət xadimi, "İnsan" Teatrının rəhbəri vəfat edib
Tarix: 21-05-2020, 10:19



Rusiyanın Əməkdar incəsənət xadimi, Moskva "Человек" (İnsan) Dram Teatrının yaradıcısı, Lyudmila Roşkovan vəfat edib.
Open.az xəbər verir ki, L.Roşkovan ötən gün uzun sürən ağır xəstəlikdən sonra 81 yaşında dünyasını dəyişib.
1938-ci il iyulun 1-də anadan olan Lyudmila Roşkovan, 1961-ci ildə Moskva Mədəniyyət İnstitutunu və Moskva Teatr Studiyasını bitirib. Aktyor və rejissor kimi bir neçə il fəaliyyət göstərən L.Roşkovan 1974-cü ildə sonradan Moskva Dram Teatrına çevrilən "Человек" Teatr-Studiyasını yaradıb. Adıçəkilən teatra 40 il rəhbərlik edib.
2018-ci ildən isə Teatrın Əməkdar Prezidenti seçilib.




Paylaş: